insat

Məxfilik siyasəti

Son yenilənmə: 2 sentyabr 2026

1. Məlumatın sahibi kimdir

Platformada iki ayrı rol var və bunu ayırd etmək vacibdir:

  • Satıcı — öz mağazasına sifariş verən alıcıların məlumatlarının sahibidir. Həmin məlumatların necə istifadə olunduğuna satıcı cavabdehdir.
  • insat — bu məlumatları satıcının adından saxlayan və emal edən texniki tərəfdir. Onları öz məqsədləri üçün istifadə etmir.

2. Satıcı haqqında toplanan məlumat

  • e-poçt ünvanı və şifrə (şifrə şifrələnmiş formada saxlanılır, oxunmur);
  • ad, soyad və telefon nömrəsi;
  • mağaza məlumatları: ad, link, təsvir, loqo, şəhər, əlaqə nömrələri, Instagram/WhatsApp hesabları, çatdırılma qeydi;
  • Telegram bildirişi qoşulubsa — Telegram söhbət nömrəsi (`chat_id`);
  • əlavə edilən məhsullar və şəkillər.

3. Alıcı haqqında toplanan məlumat

Alıcı üçün hesab yaradılmır. Sifariş verərkən toplanan məlumat:

  • ad;
  • telefon nömrəsi;
  • çatdırılma ünvanı;
  • sifarişə əlavə edilən qeyd;
  • sifariş məzmunu: məhsullar, sayı, qiymət, ödəniş üsulu.

Telefon nömrəsi üzrə həmin mağaza daxilində müştəri kartı yaradılır: neçə sifariş verildiyi və ümumi məbləğ. Bu kartı yalnız həmin mağazanın satıcısı görür.

Səbət brauzerində saxlanılır. Sən sifarişi göndərənə qədər səbətin məzmunu heç bir serverə ötürülmür.

4. Məlumat nə üçün istifadə olunur

  • sifarişin satıcıya çatdırılması və icrası;
  • satıcıya öz satış statistikasını və müştəri tarixçəsini göstərmək;
  • hesaba giriş və təhlükəsizlik;
  • texniki problemlərin araşdırılması.

Məlumatlar reklam məqsədilə istifadə olunmur, satılmır və üçüncü şəxslərə marketinq üçün verilmir.

5. Kim nəyi görür

Hər satıcı yalnız öz mağazasının sifarişlərini və müştərilərini görür. Bu, verilənlər bazası səviyyəsində texniki olaraq məhdudlaşdırılıb — bir satıcının digərinin məlumatlarına çıxışı yoxdur.

Platformanın texniki heyəti xidmətin işləməsi və problemlərin həlli üçün lazım olduqda məlumatlara texniki çıxışa malikdir.

6. Üçüncü tərəf xidmətləri

Platforma aşağıdakı xidmətlərdən istifadə edir:

  • Supabase — verilənlər bazası, hesab idarəetməsi və şəkil saxlancı. Yuxarıda sadalanan bütün məlumatlar orada saxlanılır.
  • Vercel — saytın hostinqi. Texniki jurnal qeydləri (IP ünvan, brauzer məlumatı) qısa müddət saxlanıla bilər.
  • Telegram — satıcı bildiriş qoşubsa, yeni sifarişin məzmunu (alıcının adı, telefonu, məhsullar və məbləğ) Telegram serverləri vasitəsilə satıcıya göndərilir.

7. Kukilər

Yalnız hesaba girişi saxlamaq üçün texniki kuki istifadə olunur. İzləmə, analitika və reklam kukisi yoxdur.

8. Saxlanma müddəti

Sifariş və müştəri məlumatları mağaza mövcud olduğu müddətdə saxlanılır. Satıcı hesabını silsə, mağazaya aid bütün məlumatlar — məhsullar, şəkillər, sifarişlər və müştəri kartları — silinir.

9. Hüquqların

Öz məlumatlarının nüsxəsini almaq, düzəltmək və ya silinməsini tələb etmək hüququn var.

Alıcısansa və sifariş verdiyin mağazadan məlumatlarının silinməsini istəyirsənsə, əvvəlcə həmin satıcıya müraciət et — məlumatların sahibi odur. Cavab ala bilmirsənsə, bizimlə əlaqə saxla.

10. Uşaqlar

Platforma 18 yaşadək şəxslər üçün nəzərdə tutulmayıb və onlardan bilərəkdən məlumat toplanmır.

11. Dəyişikliklər və əlaqə

Bu siyasət yenilənə bilər; yenilənmə tarixi yuxarıda göstərilir. Suallar və məlumatla bağlı müraciətlər üçün: destek@insatapp.com